bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanlı müğənni: “Xərçənglə mübarizə aparan bacım qışqırırdı ki...”

27-05-2020, 21:12 154 dəfə baxılıb

Azərbaycanlı müğənni: “Xərçənglə mübarizə aparan bacım qışqırırdı ki...”
“Novruz bayramı ərəfəsində, martın 18-də bacımın halı pisləşdi. Gecə onu xəstəxanaya yerləşdirdik. Həkimlər bacımın vəziyyətinin çox ağır olduğunu dedilər. O, nəfəs almaqda çətinlik çəkirdi. Qışqırırdı ki, açın hər yeri, havam çatmır”.

Oxu.Az xəbər verir ki, bu sözləri ATV telekanalında yayımlanan “Şou ATV” proqramında qonaq olan müğənni Aynur Dadaşova bacısı Günel barədə danışarkən bildirib:

“Bacım asanlıqla heç nəyə təslim olmur. Həmin gecə yağış yağırdı, hava soyuq idi. Xəstəxananın həyətində nazik, qısa gödəkçədə 100 dəfə “Allah” söylədim və sabaha qədər bacımın sağ qalması üçün möhlət istədim.

Göydə Allah, yerdə isə həkimlərin sayəsində bacım sağ qaldı. Canı verən Allahdır. Allahın möcüzələrinə çox inanıram. Bacım həyatım və canımdır. Həkimlər bacımın sağ qaldığını görəndə təəccübləndilər”.

Qeyd edək ki, müğənni A.Dadaşovanın bacısı Günelin bir oğlu var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930