Səudiyyədən böhran açıqlaması: Ağır tədbir görüləcək
Səudiyyə Ərəbistanının neft və qeyri-neft gəlirlərindəki azalma səbəbindən büdcə xərcləmələrini böyük ölçüdə kiçiltmək lazımdır.
Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Maliyyə naziri Məhəmməd Əl Cedan “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Səudiyyə Ərəbistanının bu məsələdə çox sıx, hətta ağır tədbirlər görəcəyini, baş verən böhranın həlli üçün bütün variantları sınaqdan keçirəcəklərini deyən Cedan hətta bəzi iri layihələrin də icrasının təxirə salınacağını bildirib.
Nazirin sözlərinə görə, koronavirus təsirini hələ də böyük ölçüdə göstərməyib və əsl böhran ilin ikinci rübündən sonra başlayacaq.