Media mənsubları mətbuatın banisi Həsən bəy Zərdabinin qəbrini ziyarət etdilər
Bu gün Azərbaycan milli mətbuatının 145 illiyi qeyd edilir.
Milli Mətbuatımızın yaranması münasibəti ilə bu gün Azərbaycan nəşriyyatında faliyyət göstərən bir neçə redaksiya birlikdə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qəbrini ziyarət etdilər.
Zərdabinin qəbrini ziyarət edən media mənsubları naşirin ruhuna dualar oxudular.Sonra çıxış edənlər Naşirin həyat faliyyətindən yaradıcılığından söz açaraq 22 iyul 1875 - ci ildə böyük çətinliklərlə işıq üzü görən "Əkinçi" qazetinin ilk tirajının ərsəyə gəlməsində Həsən bəy Zərdabinin əvəz olunmaz xidmətlərinin olmasını ziyarətçilərin nəzərinə çatdırdılar.
Azərbaycan Respublikası mustəqillik qazanandan, bu illər ərzində Erməni qəsibkarları tərəfindən torpaqlarımızın işğal olunması xəbərlərini dünya xalqlarına çatdıran və bu yolda şəhid olan Salatın Əsgərova, Çingiz Mustafayev kimi cəsur qorxmaz mətbuat işçilərinin hərbi əməlyatlar zamanı peşə faliyyətini həyata keçirərkən şəhid olmaları da ziyarətçilərin diqqətinə çatdırıldı və onlarında ruhlarına dualar oxundu.
Onuda nəzərinizə çatdırırıq ki,Milli Mətbuatımızın yaranmasının 145 illiyinin dövlət səviyyəsində qeyd olunması münasibətilə Prezident İlham Əliyev fərman imzalayıb.
Hörmətli mətbuat işçiləri sizi peşə bayramınız Milli Mətbuat günü münasibətilə təbrik edirik.