"Tezliklə Fransa sülhməramlıları da bölgəyə gələcək" - Erməni xalqına təsəlli
Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyi cəmiyyəti və xalqı sakitləşdirmək üçün müxtəlif hiyələlərə əl atmaq məcburiyyətində qalıb.
Bizimlider.com konkret.az - a istinadən xəbər verir ki, artıq ermənilərin media platformalarında müxtəlif təbliğat və təşviqat kampaniyalarına start verilib.
Həmin tezisləri oxucuların nəzərinə çatdırırıq:
1. Qarabağdakı ermənilərə rus pasportları veriləcək.
Oranın icra rəhbərlərini biz seçəcəyik və hamısı erməni millətindən olacaq.
Ermənistan 20 000 azərbaycanlını məhv edib.
Tezliklə Fransa sülhməramlıları da bölgəyə gələcək.
Qarabağda Ermənistanın institut və universitetlərinin filialları açılacaq.
Biz Azərbaycana yox, Türkiyə, İsrail və Pakistana uduzmuşuq.
Şuşanı Ermənistan hakimiyyəti yox, Qarabağın yerli erməniləri satıb.
Tezliklə Ermənistan ordusunu müasir silahlarla təchiz edəcək və bu məğlubiyyətin əvəzini çıxacağıq.
Bir il ərzində ABŞ və Fransanın köməkliyi ilə Qarabağdakı ermənilərə status veriləcək. Siz yalnız səbrli olun.
2) Ermənistanın gizli tapşırıqları:
Rusiyadakı erməni dostlarımız, xüsusilə Aram Qabrelyanovun maliyyələşdirdiyi saytlar və Telegram kanalları, o cümlədən milyonçular Karapetov, Samsuyan, Vardanyan, “Kommersant” nəşrlər evindəki bəzi dostlarımız vasitəsilə Azərbaycan sakinlərini qıcıqlandıran və qalibiyyəti şübhə altına alan materiallar dərc erdirmək, videolar yaymaq.
Azərbaycan dilini bilən ermənilər vasitəsilə fake profillər yaradib facebook-un Azərbaycan seqmentinə daxil olmaq.
Ermənistanın Nikol Paşinyana yaxınlığı ilə seçilən politoloqları Xankəndi, Agdərə və Xocavənd rayonlarının əbədilik Azərbaycandan alındığı barədə təəssürat formalaşdırıb müsahibələr vermək.
3) 10 noyabr tarixindən 1 dekabra qədər yalan çıxan fake xəbərlər:
“Qarabağda keçmiş separatçı rejim, onun bayraq və gerbi qalacaq”. Separatçı rejimin bayraq və gerbi ləğv edildi.
“Kəlbəcərin 20 kəndi ermənilərə qaldı, Zod qızıl mədəni Azərbaycana verilmədi”. Azərbaycan ordusu Kəlbəcərin bütün ərazisinə nəzarət edir, Zod qızıl mədəninin üzərində Azərbaycan bayrağı dalğalandı.
“Laçının mərkəzinə azərbaycanlılar və Azərbaycan ordusu daxil olmayacaq”. Azərbaycan ordusu Laçının mərkəzində Azərbaycan bayrağı dalğalandırdı, azərbaycanlılar isə ora 3 il müddətinə köçəcək.
4) Azərbaycan tərəfinin artıq başladığı 1-ci detal:
Xocalıda ermənilər yaşaya bilməz.
Xocalı aeroportu Azərbaycanın nəzarətində olmalıdır.
5) Azərbaycan Prezidenti nə edəcəyi barədə əvvəldən anons vermir. Planların puç olmaması üçün.