bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Novxanı Bələdiyyəsinin gördüyü işlər uğurla başa çatır

21-01-2021, 14:44 277 dəfə baxılıb

Novxanı Bələdiyyəsinin gördüyü işlər uğurla başa çatır
Novxanı kəndində 2020-ci il ərzində görülmüş işlər barədə

Azərbaycan Respublikası müstəqilliyinin inkişafı dövründə bir çox tarixi mərhələlərdən keçmişdir. Bu tarixi mərhələlər dövlətimizin demokratik prinsiplər əsasında inkişafı ilə səciyyələnir. Bu dövrün əhəmiyyətli hadisələrindən biri də yeni idarəetmə forması olan bələdiyyələrin yaranmasıdır. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş (1995-ci ildə) Müstəqil dövlətimizin Konstitusiyasında Yerli Özünüidarəetmə orqanları olan bələdiyyələrin yaranması, mülkiyyətinin müəyyən edilməsi və onlar tərəfindən yerli özünüidarənin təşkili və sair məsələlərin öz əksini tapması yerli özünüidarənin hüquqi əsaslarını təşkil etmişdir.

Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də yerli özünüidarəetmə orqanlarının inkişafına, tam formalaşmasına və müstəqil fəaliyyət göstərməsinə xüsusi diqqət yetirir.

1999-cu ildə yerli özünüidarəetmə orqanı olan ilk bələdiyyə seçkilərində Abşeron rayonunda 15 bələdiyyə qrumu formalaşmışdır. Respublikamızda bələdiyyələr çox gənc olsalar da, onlar öz işgüzarlığı, təşkilatçılığı, ərazilərin sosial problemlərinin həlli istiqamətində göstərdikləri təşəbbüskarlıq nəticəsində ulu öndərin uzaqgörənliyini bir daha sübut etdilər.

Abşeron rayonunda bələdiyyələr yarandığı gündən daxili yolların abadlaşdırılması, kommunikasiya xəttlərinin yenidən qurulması, yeni uşaq bağçası, məktəb, səhiyyə müəssisələrinin tikilməsi, köhnələrinin əsaslı təmir olunması, yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması, ağac və bəzək kollarının əkilməsi, şəhid əlil və aztəminatlı ailələrə maddi yardım verilməsi sahəsində mühüm işlər görmüşlər.

Novxanı bələdiyyəsi də 1999-cu ilin dekabr ayında formalaşmışdır. Əhalinin sosial problemlərinin həlli ilə 11 nəfər bələdiyyə üzvü, 11 nəfər bələdiyyə qulluqçusu məşğul olur. Bələdiyyə Masazır-Novxanı və Novxanı-Sumqayıt yollarını genişləndirmiş, ağac, bəzək və gül kolları əkmiş, yararsız hala düşmüş uşaq bağçasının yerində dörd qrupluq yeni müasir uşaq bağçası, iki mərtəbəli poliklinika və yaraşıqlı bələdiyyə binası tikərək istifadəyə vermişdir.

Hazırda ikinci uşaq bağçasının tikintisi üçün hazırlıq işləri gedir.

Novxanı bələdiyyəsi bu gün inkişaf mərhələsindədir. Bələdiyyə öz fəaliyyətində ərazinin təmizliyi üçün əlindən gələni əsirgəmir.

Bələdiyyənin sədri Şahin Tağıyev işlərini günün tələbləri səviyyəsində qoymuşdur. Ötən il Novxanı bələdiyyəsi bir çox işlərlə yadda qalmışdır:

Novxanı-Binəqədi və Novxanı-Saray istiqamətində yolların sağ və sol hissəslərində alaq otları bələdiyyənin fəhlələri tərəfindən mütəmadi olaraq biçilir.

2020-ci il ərzində ötən illərdə yol kənarında əkilmiş ting və qazonlar suvarılır.

Novxanı bələdiyyəsi tərəfindən imkansız 4 ailəyə maddi yardım edilmişdir.

Novxanı bələdiyyəsi tərəfindən kəndarası yollara çınqıl daşınıb-yayılmışdır.

Novxanı bələdiyyəsi tərəfindən M.Ə.Rəsulzadə küçəsinin bir hissəsinə asfalt vurulmuşdur.

Qurban bayramı münasibətilə imkansız kənd sakinlərinə (56 ailə) qurban əti alınıb paylanmışdır.

Novxanı bələdiyyəsi tərəfindən alınmış 25 ədəd iydə , 45 ədəd sərv, 150 ədəd eldar şamı ağacı Novxanı –Binəqədi yolunun kənarına əkilmişdir.

Novxanı inzibati ərazisindən əhalidən məişət tullantıları yığılıb Balaxanı paliqonuna təhvil verilir.

Novxanı bələdiyyəsi tərəfindən yol kənarına əhali tərəfindən atılan məişət tullantıları hər gün təmizlənir.

II Qarabağ müharibəsində şəhid və yaralı olan Novxanı kənd sakinlərinin ailələrinə Novxanı bələdiyyəsi tərəfindən maddi yardım edilmişdir.

Novxanı bələdiyyəsi tərəfindən S.Orucov küçəsi işıqlandırılmışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031