bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana… - SUSACAĞIQMI?

22-01-2021, 10:36 97 dəfə baxılıb

Xankəndinin girişində Rusiya bayrağı və erməni əskisi yan-yana… - SUSACAĞIQMI?
Tarixi-hüquqi baxımdan, eləcə də Rusiya lideri demiş, beynəlxalq hüquq baxımından Azərbaycan Respublikasının halalca yaşayış məntəqəsi olan Xankəndi şəhərinin girişində hazırda Rusiya dövlətinin(!) bayrağı və qondarma separatçı-terrorçu erməni rejiminin əski parçaları yanaşı asılıb.

Moderator.az xəbər verir ki, bu barədə məlumat və foto sosial şəbəkələrin erməni seqmentində paylaşılıb. Göründüyü kimi, yolun sol tərəfində Rusiya bayrağı və erməni cındırı növbələşir... Yolun sağında isə, səhv etmiriksə, işğalçı və məğlub Ermənistan əskiləri ilə separatçıların cındırları növbə ilə asılıb...

P.S. Görünür, Rusiya Prezidenti möhtərəm yoldaş Putinin bundan xəbəri yoxdur. Yoxsa sülhməramlıların komandanı Rustam Mədətova, üzr istəyirəm, Muradova deyərdi: “Rusiya da qondarma dövlətdir ki, onun bayrağıyla separatçı rejimin əski parçasını yanaşı asmısız? Utanın! Azərbaycana hörmət etmirsiz, heç olmasa, özünüzə hörmət edin...”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930