Türkiyədə koronavirusdan daha 64 nəfər vəfat edib
Türkiyədə son sutka ərzində koronavirusdan (COVİD-19) daha 64 nəfər vəfat edib
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata görə, koronavirusdan ölənlərin ümumi sayı 28 965 nəfərə çatıb.
Ölkədə 11 770 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 769 230 nəfərə çatıb.
Ötən gün koronavirusdan 7 291 nəfər sağalıb, bununla da koronavirusdan sağalanların ümumi sayı 2 616 139 nəfərə çatıb.