Gürcüstanda vaksinasiya prosesinin başlayacağı tarix açıqlandı
Gürcüstanda koronavirusa qarşı vaksinasiya prosesi 15 martda başlayacaq.
Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.
Vaksinasiya prosesi ölkədə müəyyən olunmuş 82 müəssisədə aparılacaq.
Gürcü nazir bildirib ki, vaksinasiya prosesinə cəlb olunan bütün həkimlər xüsusi hazırlıqdan keçib.