bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda yol nişanına əməl etməyən “Range Rover” beş avtomobilə çırpılıb, xəsarət alan var - FOTO

14-03-2021, 14:11 106 dəfə baxılıb

Bakıda yol nişanına əməl etməyən “Range Rover” beş avtomobilə çırpılıb, xəsarət alan var - FOTO



Bakının Səbail rayonunda altı avtomobilin toqquşması zamanı bir nəfər xəsarət alıb.

hadisə Murtuza Muxtarov və Əhməd Cavad küçələrinin kəsişməsində qeydə alınıb.

Elvin İsmayılov idarəetməsində olan “Range Rover” markalı avtomobillə yol nişanının tələbinə əməl etməyərək Rauf Məmmədova məxsus “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.

“Toyota” yol kənarında dayanan “Mitsibushi”, iki “Hyundai” və “Porche” markalı nəqliyyat vasitələrinə çırpılıb. “Toyota” markalı avtomobilin sürücüsü Rauf Məmmədov ağır bədən xəsarətləri alıb.

Ümumilikdə altı avtomobilə ciddi ziyan dəyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30