bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

QARABAĞIN FƏTHI XALQ – KOMANDAN – ORDU BIRLIYININ QƏLƏBƏSIDIR!

15-03-2021, 13:02 153 dəfə baxılıb

QARABAĞIN FƏTHI XALQ – KOMANDAN – ORDU BIRLIYININ QƏLƏBƏSIDIR!

Müzəffər Prezidentimiz, qalib Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Qarabağın tacı olan əzəli torpağımız qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük qələbənin qazanılması xalqımızın yeni bir əbədi tarixinə çevrildi. Bu tarixi zəfər İkinci dünya müharibəsindən sonra əldə olunan qələbələr içərisində dünyada ən şanlı və ədalətli qələbədir. Bu qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Prezidentimizin bu böyük tarixi qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generalları yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduğunu bütün dünyaya əyani şəkildə göstərdi. Digər tərəfdən isə əsrlərlə yalanı, riyakarlığı dövlət strategiya və taktikasının əsası hesab edən mənfur Ermənistanın, onun qaniçən, ikiüzlü baş naziri Nikol Paşinyanın və keçmiş rəhbərlərinin iç üzünü açıb bütün dünyaya bəyan etdi. Gec də olsa artıq beynəlxalq ictimaiyyət anlayır və başa düşür ki, Azərbaycan xalqının apardığı mübarizə haqlı və ədalətlidir. 44 günlük tarixi qələbəmiz Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və bir sıra nüfuzlu beynəlxalq təşkilatların haqqın, ədalətin qorunmasında, bərpasında qeyri-fəal və bitərəf qaldığını, bir çox hallarda isə öz maraqları çərçivəsində ikili standartlarla hərəkət etdiklərini göstərdi.
Bu qələbə regional problemlərin həllində qonşu ölkələrin oynadığı mühüm rolu önə çəkdi. Dünyada artmaqda olan böhranların və regional toqquşmaların müsbət həll edilməsində Türkiyə-Rusiya münasibətlərinin əvəzolunmaz rolunu və dəyişməz mövqeyini əsaslı şəkildə təsdiq etdi.
Doğma torpaqlarımızın düşmən tapdağından təmizlənməsi və ərazi bütovlüyünün bərpa edilməsi Azərbaycan xalqının siyasi-iqtisadi qüdrətini təsəvvüredilməz dərəcədə artırmağa və yüksəltməyə imkan verəcəyı təkzibolunmazdır. Zəngin və tükənməz təbii ehtiyatlara malik Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar nəinki ölkəmizdə, həm də Cənubi Qafqazda beynəlxalq mədəniyyət ticarət və turizm mərkəzinə çevriləcəkdir. 44 günlük tarixi qələbəmiz ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın tükənməz bilik və bacarığının təzahürüdür. İnanıram ki, Azərbaycan xalqının birliyi nəticəsində işğaldan azad olunan bütün rayonlarımız Prezident İlham Əliyevin rəhbərliyi altında tez bir müddətdə dünya standartları səviyyəsində yenidən qurulacaq, 30 ilə yaxın həsrətdə olan insanlar öz doğma yurdlarına qayıdacaq, ölkəmizin daha da inkişaf edib çiçəklənməsinə öz layiqli töhfələrini verəcəklər
2003-cü ildə ulu öndərimizin siyasi varisi, layiqli davamçısı İlham Əliyevin xalqımızın yekdil səsi ilə ölkə Prezidenti seçilməsi dövlətimizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu öndərin möhkəm təməllər üzərində qurduğu dövlətçilik ənənələri daha da inkişaf etdirildi, bugünkü şanlı qələbəmiz üçün zəmin yaranmağa başlandı. İqtisadi yüksəliş səviyyəsinə görə dünyanın önə çıxan dövlətlərindən birinə çevrilən Azərbaycan hərbi quruculuğu yüksək səviyyədə apardı, silahlı qüvvələrimiz dünyanın müasir, qüdrətli orduları siyahısına daxil oldu. 2016-cı ilin Aprel zəfəri, 2020-ci ilin Tovuz qələbəsi Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordunun qarşısında heç bir gücün dayana bilməyəcəyini bütün dünyaya göstırdi.
2020-ci il sentyabr ayının 27-də bədnam qonşularımız növbəti dəfə hərbi təxribat törədərək ölkəmizin yeni ərazilərini ələ keçirmək üçün hücuma keçdilər. Siyasi və hərbi gücünü, daha doğrusu, gücsüzlüyünü və rəzilliyini düzgün hesablaya bilməyən terrorçu Ermənistan dövləti və Paşinyan hakimiyyəti bu dəfə özünə layiq biabırçı məğlubiyyətə uğradı. Müzəffər ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən savaşımız böyük qələbə ilə nəticələndi. İkinci Qarabağ müharibəsinin ilk anlarından zəfər müjdəli Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar, bütün dünyaya örnək olan xalq-iqtidar birliyi, qardaş və dost ölkələrin siyasi və mənəvi dəstəyi, ən başlıcası isə komandanlığın əmrlərini yüksək səviyyədə yerinə yetirən zabit və əsgərlərimizin rəşadəti hesabına əsarətdə olan torpaqlarımız işğaldan azad olundu, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüz bərpa edildi və bu rayonlarda üçrəngli şanlı bayrağımız ucaldıldı. Noyabr ayının 8-də– Azərbaycan Respublikasının Dövlət Bayrağı gününü qeyd etməyə hazırlaşdığımız bir məqamda isə müzəffər Ali Baş Komandanımız İlham Əliyev Qarabağımızın ürəyi Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqımıza çatdırmaqla şanlı tariximizin ən şərəfli, ən qürurlu səhifələrindən birini yazdı. Bununla da xalqımızın qəlbindən Şuşa ağrısı, niskili əbədi olaraq silindi. Ali Baş Komandanımızın fəxarət və qürur hissi ilə səsləndirdiyi “Əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!” – sözləri bu gün xalqımız üçün Şuşa dağlarında səslənən koroğlu nərəsi qədər möhtəşəmdir, Şuşanın özü qədər müqəddəsdir.
Düşmən yenilməz sərkərdəmiz İlham Əliyevin qarşısında diz çökərək kapitulyasiyadan, ağ bayraq qaldıraraq təslim olmaqdan başqa yol tapmadı. Müqəddəs şəhərimiz Şuşada yaxın ötən aylarda rəqs edən təlxək Nikol Paşinyan o qədər rəzil duruma düşdü ki, kapitulyasiya sənədini kabinetində deyil, gizləndiyi siçan deşiyində – gizli sığınacaqda imzalamaq məcburiyyətində qaldı. Bununla düşmən ölkəsinin rəhbəri faşist fürer Hitlerdən də ağır bir tale yaşamağa məhkum olduğunu hər kəsə nümayiş etdirdi. Əslində, rəzil düşmənin bu cür biabırçı duruma düşəcəyini Vətən savaşının ilk günündən Ali Baş Komandanımız əminliklə söyləmişdi. Ermənistanın xunta rejimi savaşın sürdüyü 44 gündə ordusunu, hərbi infrastrukturunu, çökmüş iqtisadiyyatını tamamilə məhv etdi. Terrorçu dövləti sonu görünməyən fəlakətə sürükləndi.
Vətən müharibəsi günlərində əsir və girovlarla münasibətdə də Azərbaycan Ordusu peşəkarlıq, humanistlik, təmkin nümayiş etdirdi. Özünün əzmi, qüdrəti ilə yanaşı ədalətini də göstərdi. Bu tarixi qələbə, uzun illərdir beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən ortaya atılan “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” tezisini də alt-üst etdi. Ali Baş Komandanımız və müzəffər ordumuz bu tezisin əksini döyüş meydanında sübut etdi
Xalqımız əmindir ki, Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi imkanlardan bəhrələnərək Ermənistanın terrorçu rəhbərliyinin, 30 il ərzində xalqımıza qarşı qanlı cinayətlər törətmiş şəxslərin, Xocalı qatillərinin hüquqi müstəvidə cəzalandırılmasına nail olacaq. Terrorçu Ermənistan dövləti bu illər ərzində Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə təzminat ödəməyə məcbur ediləcək.
Bu şanlı Qələbənin əldə edilməsində canlarını fəda edən şəhidlərimizin, eləcə də Birinci Qarabağ savaşında şəhid olanların xatirəsi xalqımız, dövlətimiz tərəfindən həmişə əziz tutulacaq, onların ailə üzvlərinə, yaxınlarına daimi qayğı göstəriləcəkdir. Döyüşlərdə yaralananlar, qazilərimiz hər zaman dövlətimizin himayəsində olacaqlar. Vətən savaşında canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların müqəddəs ruhları qarşısında baş əyir. yaralı qazilərimizin tezliklə şəfa tapmasını arzu edirik.
Qüdrətli, yenilməz, ərazi bütövlüyünü bərpa edən, tarixi torpaqlarında üçrəngli bayrağını ucaldan Azərbaycan dövləti bu tarixi qələbədən sonra daha da qüdrətlənəcək, inkişaf edəcəkdir. Bu şanlı, tarixi qələbənin əldə olunması münasibətilə xalqımızı, müqəddəs ata vəsiyyətini– ulu öndərimiz Heydər Əliyevin ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı arzularını həyata keçirən yenilməz Ali Baş Komandanımızı, müzəffər ordumuzu bir daha təbrik edirik. Qələbən mübarək, Azərbaycan! Fəthiniz mübarək, cənab Ali Baş Komandan! Qarabağ torpağında qədəmlərin mübarək, müzəffər Azərbaycan Ordusu! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

QARABAĞIN FƏTHI XALQ – KOMANDAN – ORDU BIRLIYININ QƏLƏBƏSIDIR!


BDU-nun “Ümumi fizikavə FTM“ kafedrasının
professoru, fizika-riyaziyyat elmləri doktoru Nadir Fərrux oğlu Qəhrəmanov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930