bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var

23-03-2021, 01:34 132 dəfə baxılıb

Gəncədə avtomobil qəzası olub, xəsarət alanlar var


Gəncə şəhərində minik və kiçik tutumlu yük avtomobilinin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb.

“Daewoo” markalı kiçik tutumlu yük avtomobili ilə “Nissan” markalı avtomobilin toqquşması nəticəsində, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Fərid Seyidov və daha bir nəfər xəsarət alıb. Hər ikisi xəstəxanaya aparılıb.

Qəzanın baş vermə səbəbləri Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30