bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünyada koronavirusdan ölənlərin sayı artıb

23-03-2021, 10:18 120 dəfə baxılıb

Dünyada koronavirusdan ölənlərin sayı artıb


Dünyada yeni növ koronavirus infeksiyasından ölənlərin və virusa yoluxanların sayı artıq beşinci həftədir ki, ardıcıl olaraq artır. Bu da narahatlığa səbəb olur.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə proqramındakı COVID-19-a qarşı texniki heyətinin rəhbəri Maria van Kerxove bildirib.

Onun sözlərinə görə, ÜST-ün beş bölgəsindən dördündə koronavirusa yoluxma sayında artım müşahidə edirik. O, qeyd edib ki, Böyük Britaniyada aşkar edilən və daha yüksək yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01 ştammı hesabına Avropada yoluxma sayı 12 faiz artıb.

Koronavirusa yoluxma sayında Şərqi Asiya bölgəsində 49, Şərqi Aralıq dənizi bölgəsində 8, Qərbi Sakit Okean bölgəsində isə 29 faiz artım qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30