bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Deputatdan Ermənistandakı vəziyyətlə bağlı AÇIQLAMA

3-04-2021, 09:07 101 dəfə baxılıb

Deputatdan Ermənistandakı vəziyyətlə bağlı AÇIQLAMA



Ermənistanın Baş naziri Nikol Paşinyanın və komandasının əleyhdarları onu Azərbaycanla işbirliyində, “Bakıya satılmaqda” ittiham edirlər.

bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O bildirib ki, sıravi insanlar, həmçinin 17 müxalif partiyanı birləşdirən hərəkat liderləri, kilsə xadimləri və dünya erməniləri öz hökumət rəhbərlərini Türkiyənin və Azərbaycanın xeyrinə casusluqda günahlandırır.

Millət vəkili qeyd edib ki, 2020-ci ilin 10 noyabrında küçədə linç edilən parlament sədri Ararat Mirzoyanı da “ikili agent” olmaqda, Ankara və Bakıya işləməkdə ittiham edirlər.

Deputat qeyd edib ki, Azərbaycan ordusu İrəvana yeriməyib, tank və toplarımız Zəngi çayını keçməyib. Əvəzində isə ermənilər İrəvanın Azərbaycanın mənəvi paytaxtına çevrilməsindən dərin sarsıntı keçirirlər.

“Erməni liderlərinin İrəvanın Azərbaycanın həqiqi siyasi paytaxtına çevriləcəyi ilə öz cəmiyyətlərini qorxutması hakimiyyəti ələ almaq planının tərkib hissəsidir. Ona görə də hərbi çevriliş və vətəndaş müharibəsi qarşısında olan bir xalqın yeganə çıxış yolu bizim “Xoş gəlmişsiniz” lövhəmizi Zəngəzur dəhlizinə asıb, azərbaycanlıların İrəvana dinc qayıdışına mane olmamaqdır!. Bu, sülh və təhlükəsizlik üçün vacibdir”,-deyə Z.Oruc fikrini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930