bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Daha altı məktəb koronavirusa görə bağlandı

13-04-2021, 16:04 109 dəfə baxılıb

Daha altı məktəb koronavirusa görə bağlandı


Ucar rayonunda daha altı orta məktəb koronavirusa görə bağlanıb.

Ucar rayonunun Qazyan 1 saylı, Alpout 2 saylı, Qarabörk, Rəstəcə, Küçəkənd tam orta məktəbləri və Bərgüşad ümumi orta məktəbləri distant təhsilə keçirilib.

Buna səbəb təhsil müəssisələrində koronavirusa yoluxma faktlarının aşkarlanmasıdır. Belə ki, adıçəkilən təhsil müəssisələrində ümumilikdə 11 müəllimdə COVID-19 aşkarlanıb. Ucar rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında bu təhsil müəssisələrdə tədrisin onlayn rejimdə davam etdirilməsinə qərar verilib.

Məlumatı Oxu.Az-a Ucar Rayon Təhsil Şöbəsindən təsdiq ediblər.

Hazırda məktəblərdə dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, daha əvvəl Ucar rayonun 1 saylı və 3 saylı orta məktəbləri müəllim və şagirdlər arasında koronavirusa yoluxma faktlarına görə distant təhsilə keçmişdi. Onlardan 3 saylı orta məktəb artıq əyani təhsil sisteminə qayıdıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031