bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda toy qadağasının fəsadları: Evlənənlərin sayı nə qədər azalıb?

14-04-2021, 16:33 144 dəfə baxılıb

Azərbaycanda toy qadağasının fəsadları: Evlənənlərin sayı nə qədər azalıb?


2021-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən 5 672 nikah və 2 417 boşanma halı qeydə alınıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əhalinin hər 1 000 nəfərinə nikahların sayı 3,5 və boşanmaların sayı isə 1,5 olub.

Ölkə üzrə nikah hallarının sayı 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 2 479 ədəd, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 2 565 ədəd azalıb.

Boşanma hallarının sayı isə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 424 ədəd, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 301 ədəd azalıb.

Qeyd edilib ki, bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 395 nəfər gəlib, Azərbaycandan isə 47 nəfər gedib. Miqrasiya saldosu ölkə üzrə müsbət 348 nəfər təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930