bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı

17-04-2021, 15:50 86 dəfə baxılıb

Bakıda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı


Paytaxtın Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini Lətifxan Musayev tutulub.

Araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib.

Saxlanılan zaman L.Musayevin üzərindən 1 bükün psixotrop maddə olan metamfetamin də aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq tədbirləri davam etdirilir. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə DİN-in “102” Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30