bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Məktəblərdə qazi və şəhid ailələri üçün ayrılan vəzifələr AÇIQLANDI

8-05-2021, 17:58 140 dəfə baxılıb

Məktəblərdə qazi və şəhid ailələri üçün ayrılan vəzifələr AÇIQLANDI


Ümumiyyətlə regionlardakı təhsil müəssisələrində müəllim vəzifələri istisna olmaqla, laborant, metodist və s. digər vakant vəzifələrin icrasını qazilər və şəhid ailələrindən olan namizədlər üçün ayırırıq.

bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, hazırda Təhsil Nazirliyinin siyasəti bu istiqamətdə aparılır:

“Yanvar ayından bu günə qədər təxminən 400 nəfərə qədər qazi və şəhid ailələrindən olan şəxslər təhsil sistemində işlə təmin edilib. Bu proses hələ də davam edir və bu çərçivədə “YAŞAT” Fondu ilə əməkdaşlıq edirik. Əlimizdən gəldiyi qədər məktəblərdə müvafiq vakant yerləri, pedaqoji təhsil tələb etməyən laborant, kitabxanaçı və digər inzibati vəzifələrin icrasını həmin şəxslərə həvalə edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30