bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

COVID-19-a qarşı peyvəndlər uşaq sahibi olma qabiliyyətinə mənfi təsir edə bilərmi?

15-06-2021, 10:32 74 dəfə baxılıb

COVID-19-a qarşı peyvəndlər uşaq sahibi olma qabiliyyətinə mənfi təsir edə bilərmi?


Koronavirus peyvəndi də daxil olmaqla hər hansı bir peyvəndin qadınlarda və ya kişilərdə fertilliyə təsir edə biləcəyinə dair bir dəlil yoxdur.

Bu barədə “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) saytında məlumat verilib.

Qurumdan bildirilib ki, koronavirusa qarşı Rusiya peyvəndlərinin nəsillərə təsirini qiymətləndirmək üçün ilk növbədə laboratoriya heyvanları üzərində lazımi testlərdən keçilib və heç bir mənfi nəticə aşkar edilməyib.

“Hazırda uşaq sahibi olmaq istəyirsinizsə, COVID-19-a qarşı peyvənd olunduqdan sonra hamilə qalmaqdan çəkinmək lazım deyil”, - deyə “Rospotrebnadzor”dan əlavə edilib.

Qurumdan o da vurğulanıb ki, bu vəziyyətdə mövcud olan preparatla vaksinasiyadan keçmək ən məqbuludur, ancaq xroniki xəstəliklər halında peyvənd seçimi ilə əlaqədar həkimlə məsləhətləşməyə dəyər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930