Gəncədə energetik içki ilə pivəni birgə içən şəxs zəhərlənib
Gəncə şəhərində yerli sakin energetik içkiylə pivəni birgə içdikdən sonra halı pisləşib.
“Report” xəbər verir ki, 34 yaşlı A.Hacıyev xəstəxanaya aparılıb və zəhərləndiyi məlum olub.
Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.