bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyədən təklif: Şuşa Türk dünyasının mədəniyyət mərkəzi olsun

5-07-2021, 17:16 111 dəfə baxılıb

Türkiyədən təklif: Şuşa Türk dünyasının mədəniyyət mərkəzi olsun


Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) Azərbaycanın Qarabağ bölgəsindəki Şuşa şəhərinin bütün Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını təklif edib.

“Anadolu” agentliyi xəbər verir ki, təşəbbüsü TDMMB rəhbəri, Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mücahit Demirtaş səsləndirib:

"Bu addım Azərbaycan şəhərinin beynəlxalq aləmdə nüfuzunu gücləndirəcək və eyni zamanda Qarabağdakı qələbənin möhkəmləndirilməsinə töhfə verəcək”.

Demirtaş TDMMB-nin Azərbaycanın Ermənistanın işğalından azad edilmiş bölgələrinin bərpası prosesinə mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb.

Onun sözlərinə görə, 2022-ci ildə Türk dünyasının qədim şəhərlərinin yenidən qurulması üçün beynəlxalq fikir müsabiqəsinin təşkili və Azərbaycanın Qarabağ bölgəsinin inkişafı istiqamətində 100 illik təşəbbüslər planının hazırlanması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30