bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Baş katibdən “Azərbaycanın yanındayıq” mesajı

11-04-2021, 09:18 657 dəfə baxılıb

Baş katibdən “Azərbaycanın yanındayıq” mesajı


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev qurumun bundan sonra da Azərbaycanın yanında olacağını bildirib.

Oxu.Az xəbər verir ki, Türk Şurasının Baş katibi Bağdad Amreyev qurumun informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin Bakıda keçirilən üçüncü toplantısında belə bəyanatla çıxış edib.

O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi çox sevindiricidir.“Biz türk dövlətləri olaraq Azərbaycanla həmrəyliyimizi ifadə edirik”, - deyə o bildirib.

B. Amreyev əlavə edib ki, türkdilli dövlətlər işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.

Toplantı çərçivəsində türkdilli ölkələrdə baş verən hadisələr barədə yerli və beynəlxalq səviyyədə məlumatlandırmanın artırılması istiqamətində birgə fəaliyyətin gücləndirilməsi, informasiya və media sahəsində 2021-2022-ci illəri əhatə edən Fəaliyyət Planı müzakirə olunacaq.

Həmçinin türkdilli dövlətlərin tarix və mədəniyyətinə aid bədii və sənədli filmlərin çəkilişi, media ekspertləri üçün təlim kurslarının və mübadilə proqramlarının reallaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Aprelin 11-də nümayəndə heyətləri Azərbaycanın Gəncə şəhərinə və işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930