bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Həkimlər və səhiyyə işçilərinə əlavələr ödənəcək

13-07-2021, 18:23 329 dəfə baxılıb

Həkimlər və səhiyyə işçilərinə əlavələr ödənəcək


Səhiyyə işçilərinə elmi dərəcələrə və elmi adlara görə əlavələr ödəniləcək.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, bu, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Səhiyyə işçilərinə bilavasitə ixtisası üzrə çalışdıqları hallarda, elmi dərəcə və elmi adlara görə aşağıdakı məbləğlərdə əlavələr ödəniləcək:

Elmlər doktoru elmi dərəcəsinə görə - 80 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə - 40 manat alacaqlar.

Bundan başqa həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrin verilməsinin ümumi şərtləri də dəyişib.

İndiyə kimi reanimasiya şöbəsində çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün beş manat məbləğində əlavələr hesablanıb.

Dəyişikliyə əsasən, bundan sonra həm də intensiv terapiya və anesteziologiya, toksikologiya şöbələrində, intensiv terapiya bloklarında/bölmələrində çalışan həkimlərə hər gecə növbəsi üçün 30 manat, gecə növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün beş manat məbləğində bu hissə ilə nəzərdə tutulmuş əlavələr hesablanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930