bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mingəçevirdə heroin və “patı” satan şəxs saxlanıldı - FOTO

19-07-2021, 20:18 93 dəfə baxılıb

Mingəçevirdə heroin və “patı” satan şəxs saxlanıldı - FOTO


Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı satış məqsədilə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən şəhər sakini Neyman Əmirov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni “Whatsapp” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.

Belə ki, İran vətəndaşının ona göndərdiyi bank hesabına pul yüklədikdən sonra narkotik vasitəni gizlətdiyi ərazinin fotosunu N.Əmirova göndərib.

Araşdırma zamanı şübhəli şəxsin iki ay öncə başqa bir Mingəçevir şəhər sakininə metamfetamin (patı) satdığı da müəyyən edilib.

Keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli bilinən Zaur Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30