bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Vətəni qoruyan oğulları tanıyaq və tanıdaq

29-07-2021, 10:43 421 dəfə baxılıb

Vətəni qoruyan  oğulları tanıyaq və tanıdaq
Vətəni qoruyan  oğulları tanıyaq və tanıdaq
Vətəni qoruyan  oğulları tanıyaq və tanıdaq

Bizim üçün hər şeydir Vətən. Biz bu yurda, bu torpağa bağlıyıq. , Qəlbimizdəki Vətən sevgisi,Vətən məhəbbətinin atəşi ilə düşməni yandırıb yaxmalıyıq. Vətən bizim üçün qiymətlidir, onda ulu babalarımızın ölməz izlər hər birimizə ana südü qədər şirin təmizdir, ana qucağı tək isti və doğmadır.Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir. Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza Qələbə sevincini yaşatdı. Güclü Lider, Güclü Ordu, Güclü Xalqımızın birliyi Yurd yerinin həsrətinə son verdi! Canlarından keçən şəhid oğullarımız, igid əsgər və zabitlərimiz, həkimlərimiz ,mülkü vətandaşlarımız xatirəsi xalqımızın, əzizlərinin ürəyində yaşayacaqlar! Şəhidlər və şəhid anaları qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik!
Sizlərə təqdim etdiyimiz İkinci Vətən müharibəsinin iştirakçısı İsgəndərov Fail Rəfayıl oğlu 1994-cü ildə Hacıqabul şəhərində anadan olub. 2011-ci ildə Hacıqabul şəhər 2 saylı orta məktəbin bitirib. 2012-2016-cı illərdə Şirvan şəhər Humanitar kollecində təhsil alıb. 2016-2018-ci illərdə hərbi xidmətdə olub.Ailəlidir Zeynəb adında bir övladı var. Bir neçə dəfə Məşhəd, Kərbəla ziyarətində olub. “Kərbəlayi Fail” adı ilə tanınır... 2020-ci il iyulun 14-də Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimovun şəhid olmasın¬dan ciddi təsirlənən Fail Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə müraciət edərək könüllü cəbhəyə göndərilib.
İlk olaraq artilleriya bölməsində kəşfiyyatçı kimi təlimlərə qatılsa da, döyüşlərin başlandığı günlərdə öz xahişi ilə minaatan batareyasından ayrılaraq piyada bölüyünə qoşulub. Minaatan bölüyündə döyüşməklə piyada bölüyündə döyüşməyin nə demək olduğunu hərbçilər yaxşı bilir: “Bölüşdürüldüyüm bölükdən özüm aralandım. Soruşdular ki niyə belə edirsən, dedim, əsl döyüşün içində olmaq istəyirəm. Və daha bölüşdürüldüyüm bölüyə dönmədim”. Deyir Fail.“ Bığlılar”! Hacıqabullular II Qarabağ Müharibəsi tarixinə bu adla düşüblər və bu adın şərəfini öz qəhrəmanlıqları ilə axıra qədər ləyaqətlə, qeyrətlə qoruyublar.

F.İsgəndərovun döyüş yol:
-Sentyabrın 27-də mühari¬bə başlayanda Füzuli şəhə¬rin¬dən hücum əmri alıb Alıxanlıya kimi;
- Oktyabrın 10-da Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə düş¬mən tərəfindən atılmış mina¬atandan atılan mərmidən Fail ağır yaralanır sol çiynindən və burnundan ciddi qəlpə yarası alır: Fail bunu belə xatırlayır :-“Düşmən minaatanlardan mərmini dolu kimi yağdırırdı. Pis və¬ziy¬yətə düşmüşdük. Ayağımızın altına, yan-yörəmizə minaatan mərmiləri düşür, snayperlə yağan güllə yağışı göz açmağa imkan vermirdi. Kömək gələnə qədər o cür güclü hücuma necə tab gətirdiyimizi təsəvvür edirsinizmi? Bu vaxta qədər belə şeyləri ancaq Böyük Vətən Müharibəsindən bəhs edən filmlərdə görmüşdüm... Burunla gicgah arasında nə qədər məsafə var? Ölüm gözlə qaş arasında olub. “Allah qoruyub” bunun kimi hallar üçün deyilib. Bunabənzər hallarla isə hər gün-hər saat göz-gözə idik...
Əvvəl-əvvəl elə bildim qəlpə burnumu tamam aparıb, burnum daha yoxdur. Ancaq sən demə qəlpə bir tərəfdən girib o biri tərəfdən çıxıbmış. Burunda nə qədər qan olarmış! Hospitalda da qanı kəsməkdə çətinlik çəkirdilər”. Sutka yarım Füzulidə hospitalda, doqquz gün Zərdab rayon xəstəxanasında, qısa bir müddət də alayın tibb məntəqəsində müalicə alandan sonra yenidən döyüş əməliyyatlarına qoşulur.
“Çiyindəki yaramın vəziyyəti yaxşıdır. Burnumdakı yaranın fəsadları isə bu gün də qalıb. Qəlpənin yeri zaman-zaman şişməkdə davam edir. Bu fəsad səsimdə də dəyişiklik əmələ gətirib. Əvvəlki ilə müqayisədə səsim boğulmuş vəziyyətdə çıxır, elə bil yolunu nə isə tutub”.
Atasının səhhətində narahatlıq olan Fail günaşırı, iki gündənbir ailə ilə telefon əlaqəsi saxlayırmış. Əlaqənin qəflətən 10 gündən artıq müddətə kəsilməsi valideynlərində əndişə yaratsa da, digər ailə üzvləri onları inandırmağa çalışıb ki, komandiri ilə maraqlanıblar, heç bir narahatlıq yoxdur, sadəcə telefon rabitəsi mümkün deyil. Müalicədən sonra da Füzulinin və kəndlərinin düşməndən azad olunmasında və müdafiəsində iştirak edib. Sonra üç gün Qubadlının müdafiəsində olub, Zərurət üzündən müəyyən taktiki əməliyyatların icrası məqsədilə bölük yenidən Hadruta üz tutub, bir gün şəhərin yaxınlığındakı yüksəkliyin müdafiəsində döyüşür, Briqada Tuğda cəmləşdiriləndən sonra tabor min zülmlə Topxana meşəsinə qədər hərbi yürüş edir, Daşaltı istiqamətində döyüşür. “Noyabrın ilk günləri idi. Minamyot atəşləri, iri çaplı silahlardan atılan güllə yağışı altında Topxana meşəsindən Daşaltı kəndinə irəlilədik. Burada çox ölüm oldu, çox yaralanan oldu” deyir Fail.
Noyabrın 8-də Şuşa şəhərinə giriblər: “Noyabın 9-u da daxil olmaqla gecə saat 3-4-ə kimi ermənilər səhəri atəşə tuturdular. Atəş səslərindən qulaq tutulurdu. Noyabrın 10-na keçən gecə Atəşkəs imzalansa da, təqribən bir saat sonra və dəfələrlə atışma yenidən qızışdı. Şuşanın onlardan alınmasilə ermənilər heç cür barışa bilmirdilər”;
AZƏRBAYCAN BAYRAĞI ŞUSADA DALĞALANIR! Eşit Dünya Qarabağ Azərbaycandır! Bunu Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Güclü Liderimiz,Tarix yazan Sərkərdəmiz var! Torpağında Şəhid yatan Qarabağımız var! Allahın Qüdrət yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir. Bu ürəyi bizdən 28 il əvvəl söküb çıxarmışdılar. Biz o ürəyi yenidən əsl sahibinə - bağrımıza qovuşdurduq. Şuşa bayraq deməkdir. Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir. Xarı bülbülün, Üzeyir Hacıbəylinin, Əhməd bəy Ağaoğlunun Vətəni deməkdir. Şuşa tarixi Azərbaycanın qədim mədəni mirasıdır. 250 il əvvəl Azərbaycan xalqının öz əlləri ilə inşa etdiyi Şuşa qalaları Ermənistanın çirkli əllərindən xilas edilərək əsl vücuduna qovuşdu . “Şuşa nə demək idi? Şuşa “Qızıl alma”, Simurq quşu və Hüma quşu demək idi. Şuşa həm hərbi, həm siyasi, həm də psixoloji hədəfdir: “Şuşa Qarabağın açarıdır. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz! Şuşa alınandan sonra Failgilin bölüyü Şuşaətrafı kəndləri düşməndən təmizləyə-təmizləyə Xankəndiyə istiqamət götürüb. Son olaraq bölük musiqi məktəbinin binasında yerləşib. Həmin gündən ordudan tərxis olunana qədər - dekabrın 15-dək adı çəkilən ərazinin düşməndən qorunmasında fəallıq göstərib. Döyüşlərdə göstərdiyi şücaətə görə ailəsinə, elinə-obasına başuca¬lığı gətirən Fail İsgən¬dərov üçün 44 günlük Zəfər döyüşü 86 günə tamamlanıb. Müharibədə göstər¬di¬yi qəhrəmanlıq nü¬mu¬¬nə¬¬si döyüşçünün hərbi biletində də əksini tapır. Belə ki, F.İsgəndərovun hərbi biletində yazılıb ki, Fü¬zu¬li və Şuşa istiqa¬mətində gedən dö¬yüş əmə¬liy¬yat¬la¬rın¬da iştirak et¬miş¬dir. “Müdafiəsində” yox, “döyüş əmə¬liy¬yatla¬rın¬da”. Döyüş qabiliyyəti Fü¬¬zulinin, Qubad¬lının və Şuşanın alınmasına görə medalları ilə dəyərləndirilib.










“Döyüşçü yoldaşlarına daim yüksək əhval-ruhiyyə bəxş edən bu qəhrəman bu gün olduqca məmnundur. Aldıqları yaralar, bədənindəki qəlpələrə baxmayaraq başına gələnlərdən bir şey olmamış kimi söhbət açır, erməniyə acıq verirmiş kimi təbəssümlə, məmnunluqla bəhs edir”. Elə bil ki, minaatan mərmilərinə qucaq açırdıq. Güllələr yan-yörəmzə, ayağımızın altına tökülür, biz isə olanlara məhəl qoymadan, zərrə qədər də qorxu hiss etmədən verilən əmrin yerinə yetirilməsi üçün irəli şığıyırdıq. Hamıda ifadəsi mümkün olmayan İlahi bir qüvvət var idi. Elə bir ruh yüksəkliyi ki... Bu hisslərin sözlə ifadəsi mümkün deyil.
“Xankəndinin başlanğıcında Xaçaltı deyilən bir yer var, ermənilərlə 30 metr məsafədəydik. Orada mən Azan vermişəm. İfa etdiyi nəğmələrlə döyüş yoldaşlarını ruhlandırırdı Fail.
Düşməndən intiqam almaq hissi ruhumuzu oda-alova döndər¬miş¬di. Düşüncəmizə bir duyğu hakim kəsilmişdi: torpaqlarımızı düş¬mən¬dən xilas etmək! Vətən müharibəsində şəhid olanların qisasını almaq! Öhdəmizə düşən işi ləyaqətlə yerinə yetirmək! Qürur duyuram ki, borcumuz olanı, öhdəmizə düşəni layiqincə, şərəf və ləyaqətlə yerinə yetirə bilmişik bu döyüşçü üçün ən yüksək zirvədir.
Gözün aydın Azərbaycan Dünyası!!!
Qürur duyuruq, Azərbaycanlıyiq!!!
Qarabağ Azərbaycandır!!!
Şuşamıza qayıtdıq!!!
Qarabağa qayıtdıq!!!
Dünyaya sübut etdik:-
Biz haqlıyıq, Qürurlu!!!
Ədalətli ,Qüdrətliyik!!!
Vətəni canımızla Qoruyuruq!!!
Bir birinə arxa dayaq!!!
Birliyimiz, oldu dayaq!!!
ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!!!
QARABAĞDA DALĞALANNAN BAYRAQ!!!
HEÇ ZAMAN ENMƏZ!!!

Zulfiyyə Vəliyeva
ADPU-nun ETM-elmi işçisi
Respublikanın Əməkdar müəllimi
Respublika Jazıçılar Birliyinin üzvü



Ölümlə göz-gözə durduqları az olmayıb. Ancaq dediyi kimi, onları Allah saxlayıb: “Bir hadisə danışım. Neçə gün idi ki, yeməyimiz, suyumuz qurtarmışdı. Aclığa dözmək mümkündür, susuzluq çətindir. Döyüş də göz açmağa macal vermirdi. Azacıq başını qaldırsaydın, hədəfdə idin. Bunu hamımız yaxşı bilirdik. Az aralıda erməniləri qovub çıxartdığılmız yer var idi, uşaqlardan ikisinə dedim ki, əyninizi soyunun, hiss edib bizi hədəfə götürə bilməsinlər. Adama bir-iki kisə də götürüb səngərin içi ilə var gücümüzlə bəllədiyim yerə yüyürdük. Mineral sular, konserv, çörək... yan-yörə ərzaqla dolu idi. Kisənin birini mineral sularla doldurub kürəyimə almaq istədim. Kisə ağır, mən də zəif adam. Uşaqlara dedim ki, köməkləşib qaldırın kürəyimə. Qaldırdılar. Səngərlə qaça-qaça suyu gətirib döyüşçü yoldaşlara çatdırdım... Belə günlərimiz az olmayıb...
Başqa bir hadisəni xatırlayır: “Məktəb binası bildiyim üstü panellə örtülü, sığınacaq üçün yaxşı bir yer var idi. Mərmidən daldalan¬maq üçün ora üz tutduq. Axırıncı adam “sığınacağa” girəndə gəldiyimiz yolu vurdular. Dörd mərmi düşdü. Üç-dörd dəqiqə geçiksəydik, hamımız qırılacadıq”.

Cəbhədə olduğu günlərdə oxuduğu mahnı¬lar döyüşçü yoldaşları tərəfindən mobil telefona yazılıb müxtəlif sayt və kanallarda yayımlanırdı.
Deyir ki, qarabağlı sənət adamlarının bu torpaq haqqında söylədiklərində haqq varmış. Havada qəribə oksigen var. Zilə qalxdıqca səs açılır, oxuduqca yorulmaq bimirsən. Özüm də məəttəl qalırdım, inana bilmirdim ki, o soyuğun, şaxtanın qabağında (mən soyuqdan qorxan adamam) bu səs hardan gəlir. Elə xırdalıqlar edirsən ki... Aran bölgəsində bu, mümkün deyil”.
***
...Kərbəlayi Faildən döyüş yolu haqqında qəlpə-qəlpə öyrənə bildiklərimiz hələlik ancaq bu. Zaman keçsin, II Qarabağ Müharibəsinin salnaməsini yazan Fail və döyüşçü yoldaşlarının Zəfər yolu haqqında daha ətraflı bəhs etmək borcumuz olsun.
***
...28 il töhmət dolu ömür yaşayan Azərbaycan insanı, nəhayət ki, başda Ali Baş Komandan İlham Əliyev olmaqla özünü toparlayıb Vətən torpaqlarının bütövlüyünü bərpa etdi.
Yalnız 28 illik ömürmü?
Heç də yox. Azərbaycan xalqı bu qələbə əzmi ilə 207 illik (12 oktyabr 1813-cü il, Gülüstan sülh müqaviləsini xatırlayaq) ilhaqa son qoyub. Qələm sahibləri bu iradənin nəticəsini “Dəmir Yumruq” adı ilə əbədiləşdirdilər, bəstəkarlar “Dəmir Yumruq” sahibinin şəninə nəğmə qoşdular.

O anlatdı Yer üzünə
Məğlub nədi, zəfər nədi.
O adı bir yumruq deyil,
Nağıldakı əfsanədi.

...Haqqı nahaq etmişdilər.
O qaldırdı haqq səsini.
Onun polad iradəsi
Titrətdi Yer kürəsini
yazdı şair Zahid Xəlil.

II Qarabağ Müharibəsində qazanılan qələbə Azərbaycan insanının sarsılmaz milli birliyinin təntənəsi, 10 noyabr 2020-ci il təqvim tarixi Azərbaycanın erməni faşizmi üzərində tarixi qələbəsi, xalqımızın həyatında Yeni Tarixin başlandığının göstərici¬sidir.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930