bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Oğuzda avtomobil ağaca çırpılıb, iki qardaş xəsarət alıb

19-08-2021, 10:55 77 dəfə baxılıb

Oğuzda avtomobil ağaca çırpılıb, iki qardaş xəsarət alıb



Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, Yevlax şəhər sakini 1997-ci il təvəllüdlü İbad Elçin oğlu İmanovun idarə etdiyi “VAZ-21015” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və onun qardaşı, 1996-cı il təvəllüdlü Elzamin Elçin oğlu İmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30