bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib - FOTO

22-08-2021, 10:25 145 dəfə baxılıb

Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edilib - FOTO



Biləsuvar rayonunda noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olan gizir Sahil Məmişlinin ad günü qeyd edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, ilk olaraq şəhid doğulduğu evdə anılıb.

Anım mərasimində şəhidin yaxınları, rayon rəsmiləri və yerli sakinlər iştirak edib. Daha sonra şəhidin məzarı ziyarət edilib. Üzərinə güllər düzülüb və ruhuna dualar oxunub.Qeyd edək ki, şəhid gizir 1991-ci ilin bu günü Biləsuvar rayonunun Çaylı kəndində doğulub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına ilk gündən qatılıb.

Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30