Gəncədə avtomobillə vurulan qadın xəstəxanada öldü
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə sentyabrın 22-də şəhər ərazisində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobil piyada, 1965-ci il təvəllüdlü Nurlana Cəfərovanı vurub.
Ağır bədən xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. O, sentyabrın 24-də xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.