bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

“Zəfər Salnaməsi” layihəsi çərçivəsində növbəti görüş şəhər 5№-li tam orta məktəbdə baş tutdu

12-10-2021, 20:30 101 dəfə baxılıb

YAP Yevlax rayon təşkilatı tərəfindən ümumtəhsil məktəblərində keçirilən “Zəfər Salnaməsi” dərsi adlı layihəsi çərçivəsində növbəti görüş şəhər 5№-li tam orta məktəbdə (7-11)-ci sinif şagirdlərinin iştirakı ilə təşkil edildi. Tədbirdə ilk olaraq müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Layihəni giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının fəalı Fərid Vaqifli Vətən müharibəsində Müzəffər Ordumuzun qalib Ali Baş Komandanı cənab İlham Əliyevin ilk gündən qəti qələbə əzmindən, mahir siyasətçi və əzmkar Sərkərdəlik məharətindən söhbət açaraq, dövlətimizin və Ordumuzun bu tarixi Qələbəsi nəticəsində yeni tariximizin,milli varlığımızın və dövlətçilik ənənələrimizin daha möhkəm və sarsılmaz təməllər üzərində yenidən qurulmasını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonra tədbirdə ənənəvi olaraq YAP Yevlax rayon təşkilatı tərəfindən hazırlanmış Vətən müharibəsinə həsr olunan videoçarx nümayiş etdirilmişdir. Layihənin 5№-li məktəb üzrə məruzəçisi YAP Yevlax rayon təşkilatının fəalı,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-Coğrafiya fakultəsinin 3-cü kurs tələbəsi Anar Qarayev çıxışında azərbaycançılıq məfkurəsinin parlaq mücəssəməsi olan Heydər Əliyev faktorunun öz müdrik siyasəti, dönməz əqidəsi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsindən və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından geniş bəhs etdi. Vətən müharibəsində Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti ilə Ermənistanı ağır məğlubiyyətə uğradan Azərbaycan Ordusunun qəhrəmanlığından danışan YAP-ın fəalı məktəblilərə tarixi həqiqətləri çatdırmaqla onlara gələcək fəaliyyətində uğurlar arzu etdi. Sonda “Zəfər Salnaməsi” dərsinin iştirakçları ilə intellektual oyun keçirilmiş, 1-ci yerə layiq görülən 10-cu sinif şagirdi Rauf Əhmədov YAP Yevlax rayon təşkilatının fəxri fərmanı və hədiyyəsi, 2-ci yerə layiq görülmüş 9-cu sinif şagirdi Fərid Nəbiyev və 3-cü yerə layiq görülmüş 9-cu sinif şagirdi Nihad Rzayev YAP Yevlax rayon təşkilatının hədiyyələri ilə təltif edildi.

Anar Salehoğlu

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30