Ölkə rəhbərliyi tərəfindən şəhidlərimizin əziz xatirəsinə göstərilən diqqət və qayğı qürurvericidir - ADPU tələbəsi yazır...
Əziz həmvətənlər bu gün Yevlax Şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdim.
Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər birimiz üçün əziz və dəyərlidir. Şəhidlər Xiyabanını mütəmadi ziyarət etmək hər bir vətəndaşın borcudur. Vətənimizin bütövlüyü, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda öz canlarını, xoşbəxtliklərini, gələcəklərini qurban verən igid vətən oğullarını böyük qürur hissi ilə ziyarət etdim.
Cənab prezidentimizin tapşırıqları əsasında Yevlax Şəhərində yerləşən Şəhidlər Xiyabanında Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir, abadlıq-quruculuq işləri aparılır. Görülən işlər şəhidlərimizin əziz xatirəsinə qarşı olan, böyük ehtiram və hörmətdən xəbər verir. Bu haqda olan təəssüratlarımı sizinlə bölüşmək istəyirəm:
Anar Salehoğlu
Azərbaycan Dövlət Pedaqoji Universitetin tələbəsi, İctimai fəal
https://youtu.be/z32VciALyFc