bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ekspert: “Çalışmaq lazımdır ki, tədris bağlanmasın”

20-10-2021, 16:49 34 dəfə baxılıb

Ekspert: “Çalışmaq lazımdır ki, tədris bağlanmasın”



Bizdə olan statistikaya əsasən koronavirusa yoluxma 30-59 yaş qrupu arasındakı şəxslər arasında daha çoxdur.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov canlı yayımda sualları cavablandıran zaman deyib.

O bildirib ki, məktəblərin açılması ilə əlaqədar yoluxmanın yaş faktorunda dəyişiklik baş tuta bilər:

“Lakin bütün hallarda uşaqlarla böyüklər müqayisə edilərsə, yoluxma zamanı uşaqlar xəstəliyi daha yüngül keçirir. Bütün hallarda məlum məsələdir ki, sosial aktiv şəxslər arasında yoluxmalar daha çox olur”.

Mütəxəssisin sözlərinə görə, çalışmaq lazımdır ki, tədris bağlanmasın, çünki distant təhsil uşaqlarda əyani təhsilin effektini vermir. O, valideynlərə uşaqların səhhətini nəzərdə saxlamağı tövsiyyə edib:

“Başı ağrıyar, boğazı ağrıyar, burnu tutula bilər və s. bu məqamları soruşmaq lazımdır. Səhər və axşam uşaqların hərarəti ölçülməlidir. Yüngül hərarət ola bilər ki, bilməzlər. Məktəbə gedənə qədər bu kimi məqamlar aşkarlanması yaxşıdır. Çünki uşaqlar məktəbdə digər uşaqlarla təmasda ola bilər. Bu da yoluxma ilə bağlı məsələyə təsir edən məqamlardandır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30