bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qəhrəman Əli Nəcəfovun şəhadətindən bir il keçir - FOTO

22-10-2021, 16:03 167 dəfə baxılıb

Qəhrəman Əli Nəcəfovun şəhadətindən bir il keçir - FOTO



Bu gün Vətən müharibəsi şəhidi Əli Nəcəfovun şəhadətindən bir il keçir.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat verib.

Şəhidimiz 1998-ci il mayın 24-də Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015-ci illərdə Binəqədi rayon 276 nömrəli tam orta məktəbdə təhsil alıb.

2016-2020-ci illərdə isə Azərbaycan Universitetində “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə ali təhsil alıb.

Vətən müharibəsi başlayanda, sentyabr ayının 27-dən ordu sıralarına qoşulub. Oktyabrın 22-də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmən snayperi tərəfindən şəhid edilib.

Şəhidimizin nəşi oktyabrın 22-də doğulduğu Masallı rayonu Tüklə kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əli Nəcəfov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30