bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Həkim: “Antibiotiklər ağır fəsadlara səbəb olan allergik reaksiyalar verə bilər”

27-10-2021, 17:04 73 dəfə baxılıb

Həkim: “Antibiotiklər ağır fəsadlara səbəb olan allergik reaksiyalar verə bilər”


“Koronavirusla əlaqədar hər kəs stresdədir və lazım gəldi-gəlmədi antibiotikdən istifadə edir. Uşaqlara həkim təyinatı olmadan antibiotik vermək olmaz”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, antibiotiklərin özü allergik reaksiya verə bilər və bəzi hallarda bu, daha ağır fəsadlara gətirə bilər:

“Elə antibiotiklər var ki uşaqlara olmaz. Bu mədə-bağırsaq sistemində xəstəliklər yarada bilər. Bağırsaq florası pozula bilər. Hər hansı vitamin və antibiotiki uşaqlara məhz həkim təyin etməlidir. Uşaqların sağlamlığını qorumaq üçün ilk növbədə valideynlər uşaqları düzgün qida rasionuna öyrətməlidirlər. Kimyəvi tərkibli dərman və vitaminlərdən çox sağlam qidalanma önəmlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031