bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Almaniyadan gələn həkimlər Gəncədə ermənilərin bombaladığı əraziyə baş çəkib - FOTO

30-10-2021, 20:05 53 dəfə baxılıb

Almaniyadan gələn həkimlər Gəncədə ermənilərin bombaladığı əraziyə baş çəkib - FOTO



Azərbaycanda ilk dəfə olaraq keçirilən Zəfər Tibb Simpoziumunun iştirakçıları Göygöl və Gəncə şəhərlərinə səfər ediblər.

“Report”un xəbərinə görə, simpozium iştirakçıları əsası 1819-cu ildə alman koloniyaçıları tərəfindən qoyulan Göygöl şəhərində Tarix-Diyarşünaslıq Muzeyi, qədim alman izləri, “Müqəddəs İohann kilsəsi” ilə tanış olublar.

Sonra iştirakçılar Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmış əraziyə baş çəkib, həlak olan dinc sakinlərin xatirəsini anıblar.

Qeyd edək ki, Zəfər Tibb Simpoziumu Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunub.

Simpoziumda gənc həmyerlimiz, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniya Azərbaycanlıları Alyansının (AAA) İdarə Heyətinin sədr müavini, Köln Universitetinin tibb elmləri doktoru, Köln Universitet Klinikasının Radiologiya İnstitutunun şöbə müdiri və İnstitutun işemik insult araşdırmaları mərkəzinin rəhbəri Nuran Abdullayev, Boxum Universitet Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Volker Maus və Münxen Klinikasının Radiologiya va Neyroradiologiya Institutunun direktoru, Professor Anastasios Mpotsaris iştirak edir.

Ölkəmizə səfərə gələn həkim-mütəxəssislər praktikada müəllifi olduqları və uğurla icra etdikləri ən son yenilikləri ictimaiyyətin nəzərinə çatdırır.

Tədbirdə müasir serebrovaskulyar mərkəzin təşkilinin əhəmiyyəti, insult mərkəzlərinin təşkili və radiologiya sahəsindəki ən müasir təcrübələrdən söhbət açılır.

Xatırladaq ki, tədbir oktyabr ayının 29-da başlayıb, Zəfər Tibb Simpoziumu noyabrın 1-dək davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30