Londonda Zəfər Günü münasibətilə aksiya təşkil olunub - FOTO
London şəhərində 8 noyabr – Zəfər Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natəvan Qrup”un təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Zəfər Günü ilə bağlı fotomateriallar yerləşdirilmiş LED ekranlı avtomobillərin hərəkəti təmin olunub.
Şəhərin Trafalgar Square, Piccadilli Circus, Parlament Square, London Eye kimi məşhur ərazilərində hərəkət edən avtomobillərin rəqəmsal monitorunda Azərbaycan xəritəsinin, “Xarı bülbül” rəmzinin, Şuşanın və Ağdamın təsvirləri, “Azərbaycanın Zəfər Günü. 8 noyabr 2021”, “Qarabağ Azərbaycandır!”, “Şuşa, sən azadsan!” şüarları əks olunub.
Noyabrın 7-dən başlayan aksiya 3 gün ərzində davam edəcək.