“Azərsu” ASC-nin nasosxanasından meyit tapıldı
Bakı şəhəri, Yasamal rayonunda “Azərsu” ASC-yə məxsus nasosxanadan kişi meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, meyiti tapılan 44 yaşlı Rüfət Quliyevin üzərində zorakılıq əlamətləri olmayıb.
Ölümün səbəbi hələ ki, bilinmir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.