Altı yaşlı azərbaycanlı musiqiçi Parisdəki qala-konsertdə çıxış edib - FOTO
Paris şəhərində keçirilən “Nouvelles Etoiles” Beynəlxalq müsabiqə-festivalının qala-konsertində 6 yaşlı azərbaycanlı violin ifaçısı Dilşad Fərhadzadə çıxış edib.
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasından bildirilib ki, soydaşımız müsabiqədə “Simli və nəfəsli orkestr alətləri” nominasiyası üzrə 3-6 yaşlı uşaqlar kateqoriyasında birinci yer tutduğuna görə bu etimada layiq görülüb. Konsertdə Dilşad Fərhadzadəni “ARTIMA” kamera orkestri müşayiət edib.
Dilşad Fərhadzadə hazırda Bakıdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin I sinif şagirdidir. Onun müəllimi Lalə Hüseynovadır.