bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Goranboyda iki minik avtomobili toqquşub, dörd nəfər xəsarət alıb

21-11-2021, 21:18 43 dəfə baxılıb

Goranboyda iki minik avtomobili toqquşub, dörd nəfər xəsarət alıb



Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Əhmədabad kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21011” və “VAZ 21015” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Məmmədova Zəminə Valeh qızı, 1993-cü il təvəllüdlü Məmmədova Ruslan Əlövsət oğlu, 2012-ci il təvəllüdlü Qasımov Nihat Nicat oğlu və 1995-ci il təvəllüdlü Qasımova Əfsanə Əlövsət qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30