bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO

6-05-2021, 19:19 103 dəfə baxılıb

Lənkəranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTO


Lənkəran rayonunda ağır yol qəzası baş verib.

hadisə şəhərin Akademik Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, “Chevrolet” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən “Chevrolet” markalı avtomobil suötürücü xəndəyə aşıb.

Nəticədə Lənkəran şəhər sakinləri - 1956-cı il təvəllüdlü Mahirə Mirzağa qızı Məmmədova və 1959-cu il təvəllüdlü Nahidə Mirzağa qızı Rəhimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30