Revaksinasiya hər il təkrar olunacaq
Ümumdünya Tibb Assosiasiyası hesab edir ki, COVID-19-a qarşı revaksinasiya hər il təkrar olunacaq.
Bunu təşkilatın sədri Frank Ulrix Montqomeri bəyan edib.
“Buster doza immun sistemini gücləndirir. Amma bunun nə qədər davam edəcəyini dəqiq bilmirik. Bəlkə də, revaksinasiyanı hər il təkrarlamaq lazımdır”- deyə Montqomeri Almaniyanın “Funke” nəşriyyatına müsahibəsində bildirib.
O, məhz bu səbəbdən peyvənd sertifikatlarının etibarlılıq müddətinin olmasını təklif edib.
Mənbə: TASS