bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?

26-11-2024, 10:11 0 dəfə baxılıb



Rusiyanın Ukraynaya hücumu Qərbə silahların keyfiyyətinin deyil, kəmiyyətinin nə qədər vacib olduğunu nümayiş etdirdi.

Bu barədə "Business İnsider" nəşri yazıb.

Nəşr qeyd edib ki, son onilliklər ərzində Qərb əhəmiyyətli silah ehtiyatı yaratmadan öz hərbi texnikasının keyfiyyətinin yaxşılaşdırılmasına diqqət yetirib. Amma məlum olur ki, kəmiyyət də bir o qədər vacibdir.

Hərbi ekspert və Avstraliya ordusunun istefada olan generalı Mik Rayan nəşrə açıqlamasında deyib ki, biz bu cür uzunmüddətli qarşıdurma üçün Rusiya və Çin kimi silah toplamamışıq və genişmiqyaslı müharibəyə hazır deyilik.

Müharibə Tədqiqatları İnstitutunun analitiki Corc Barros isə bildirib ki, ABŞ Soyuq müharibə zamanı SSRİ ilə eyni sayda tank istehsal edə bilməyəcəyini anladı və buna görə də texnoloji cəhətdən daha mürəkkəb şeylərə arxalandı:

"Məhz bu konseptdə, məsələn, "Abrams" tankı yaradıldı: çox sayda deyil, ağır zireh və yüksək atəş gücü. Soyuq müharibə başa çatdıqdan sonra Qərb hətta bu ehtiyatları da azaltmağa başladı".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031