ÜST Azərbaycanı fərdi mühafizə vasitələri ilə təmin edib - FOTO
Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu (ÜST ARB) Azərbaycan tibb işçilərini 1 milyondan çox fərdi qoruyucu vasitə ilə təmin edib.
Bu barədə təşkilatın “Twitter” səhifəsində bildirilir.
“ÜST ARB Azərbaycan tibb işçilərini Aİ vəsaitləri hesabına maskalar və əlcəklər də daxil olmaqla 1 milyon ədəddən çox fərdi qoruyucu vasitə təqdim edib. Müvafiq xidmətlərin universal əhatəsinə keçmək üçün ixtisaslı və qorunan səhiyyə işçi qüvvəsi vacibdir”, - deyə bununla bağlı açıqlamada bildirilir.