Cavid Qurbanov: “Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar”
“Dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir”.
Oxu.Az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov bildirib.
Onun sözlərinə görə, əsas məsələ Ermənistan ərazisindən keçən hissədir, bunun üçün danışıqlar aparılır:
“Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesb edirəm ki, bu icarə müqaviləsi daha da uzanacaq”.
“Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar”, - deyə o qeyd edib.