Ölkədəki mobil operatorların gəlirləri barədə rəqəmlər AÇIQLANDI
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 5,7 faiz artıb.
Göstərilmiş xidmətlərin 75,4 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 42,4 faizi və ya 893,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Mobil rabitə operatorlarının gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb.