bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mahir Emreli Qurban Qurbanovla görüşüb

22-12-2021, 23:17 150 dəfə baxılıb

Mahir Emreli Qurban Qurbanovla görüşüb


Klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin “Report”a verdiyi məlumata görə, 24 yaşlı hücumçu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Abbaszadə bildirib ki, Emrelinin sabiq klubunun bazasına gəlişi sırf 49 yaşlı mütəxəssisi görmək istəyilə bağlı olub: “Onun “Qarabağ”a transferi müzakirə mövzusu deyil. Ümumiyyətlə, bu barədə söhbət olmayıb. Mahirin öz komandası, öz yolu var. Sadəcə, keçmiş futbolçumuz, “Qarabağ”da xidmətləri olmuş biri kimi bazaya gələrək, Qurban müəllimlə görüşüb”.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün sonunda “Qarabağ”ı “Legiya”ya dəyişib. O, azarkeşlərlə bağlı insidentdən sonra Varşava təmsilçisindən ayrılmaq istəyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031