bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sahib Ələkbərov: “Nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün iqtisadiyyatımız lazımi imkanlara malikdir”

25-12-2021, 18:06 135 dəfə baxılıb

Sahib Ələkbərov: “Nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün iqtisadiyyatımız lazımi imkanlara malikdir”



Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov məlumat verib.

“Təbiidir ki, bu istiqamətlərdə görüləsi işlərimiz daha çoxdur və hər birimiz elə etməliyik ki, bütün sahələrdə innovativliyi təmin etməklə həyata keçirdiyimiz işlərin səmərəliliyini artıraq, işğaldan azad olunmuş ərazilərimizdə normal həyat şəraitini bərpa etməklə yanaşı, həmin əraziləri nümunəvi, əhalimiz və turistlər üçün cəlbedici bir bölgəyə çevirək. Təbiidir ki, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının ölkə iqtisadiyyatına reinteqrasiya olunması iqtisadiyyatımızın nəzərəçarpacaq dərəcədə artmasına öz töhfəsini verəcək. Lakin bu sadəcə bir artım olmamalıdır”, - deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, bu ərazilərdəki münbit torpaqlar və iqlim şəraiti, hər şeyin sıfırdan başlayaraq qurulması bizə imkan verir ki, işğaldan azad olunmuş ərazilərimizdə ən yeni texnologiyalardan, innovativ üsullardan geniş istifadə etməklə istehsal olunacaq məhsulların yüksək rəqabətə davamlı, əsasən ixracyönümlü olmasını və çox hissəsinin xaricə ixrac olunmasını təmin edək:

“Göründüyü kimi işlərimiz çoxdur. Lakin nəzərdə tutulan bütün işlərin həyata keçirilməsi üçün iqtisadiyyatımız lazımi imkanlara malikdir və biz onları mərhələ-mərhələ, uğurla reallaşdıracağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930