Qazaxıstanın paytaxtında da fövqəladə vəziyyət elan edildi
Kütləvi etiraz aksiyalarının davam etdiyi Qazaxıstanın paytaxtı Nur-Sultanda hökumət fövqəladə vəziyyət elan edib.
Bu barədə ölkə Prezidenti Kasım-Jomard Tokayev fərman imzalayıb.
“Vətəndaşların təhlükəsizliyinə yönələn birbaşa təhlükə ilə əlaqədar ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə Nur-Sultan şəhəri ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilir”, - Tokayevin imzaladığı fərmanın mətnində qeyd olunur.
Məlumata görə, fövqəladə vəziyyət yanvarın 5-dən 19-dək davam edəcək.
Mənbə: “Sputnik” Qazaxıstan