Nazirliyin işçisinə rəis vəzifəsi HƏVALƏ EDİLDİ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsi müvəqqəti olaraq Xalıqverdi Hüseynova həvalə olunub.
Bu barədə Oxu.Az-a nazirliyin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Bu təyinata qədər X.Hüseynov nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.