bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda daha bir xəstəxanaya orqan köçürülməsi icazəsi verildi

7-01-2022, 19:07 26 dəfə baxılıb

Azərbaycanda daha bir xəstəxanaya orqan köçürülməsi icazəsi verildi
Azərbaycanda daha bir tibb müəssisəsinə donor orqanların götürülməsi, hazırlanması və saxlanmasını həyata keçirmək icazəsi verilib.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Belə ki, “Bona Dea” Beynəlxalq Xəstəxanası donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən (ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası) tibb müəssisələrinin siyahısına əlavə olunub.

Baş nazirin imzaladığı digər qərarla isə “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na dəyişiklik edilib. Belə ki, “Bona Dea” Beynəlxalq Xəstəxanası donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına daxil edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930