Eddi İsrafilov: “Müharibə zamanı neytral qalmamışam, Azərbaycana dəstək olmuşam” - FOTO
“Müharibə zamanı və ondan sonra Azərbaycanı sosial şəbəkələrdə dəstəkləmişəm. 3-4 yaşımadək Azərbaycanda yaşamışam. Bura mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram”.
Oxu.Az xəbər verir ki, bunu “Neftçi”nin yeni transferi Eddi İsrafilov deyib.
Anası azərbaycanlı, atası Anqoladan olan, İspaniyada yaşayan Eddi müharibə vaxtı neytral qalmasına dair münasibətlərə aydınlıq gətirib:
“Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra isə “Qələbə günün mübarək, Azərbaycan”, “Qarabağ Azərbaycandır” paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, Qarabağ Azərbaycandır!”