Tikinti şirkəti “Azərsu”yu məhkəməyə verib
Tikinti şirkəti olan “Akelik Group” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.
Oxu.Az-ın məlumatına görə, işə Bakı Kommersiya Məhkəməsində baxılacaq.
“Akelik Group” MMC “Azərsu” ASC-yə qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, o cümlədən podrat müqaviləsi üzrə mübahisələrlə bağlı tələb irəli sürüb.
İddiaya baxılmaq üzrə məhkəməyə hakim Fərrux Qasımov sədrlik edəcək.